Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan rayonu ərazisində həyata keçirilən genişmiqyaslı və uzunmüddətli təmizlik-abadlıq işləri çərçivəsində növbəti tədbirlər Beyləqan şəhəri Heydər Əliyev prospekti və Şəhid Vasif Quliyev küçəsində aparılıb.

16 sentyabr 2025 | 10:24
Müvafiq qurumların əməkdaşları tərəfindən məişət tullantıları toplanıb, yaşıllıqlara qulluq göstərilib və digər zəruri abadlıq işləri icra olunub. Bu tədbirlər həm rayonun estetik görünüşünü yaxşılaşdırmaq, həm də sakinlərin rahatlığını təmin etmək məqsədini daşıyır.
 
Qeyd edək ki, aparılan işlər 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunmasını nəzərə alaraq, vətəndaşların rifahının yüksəldilməsi və ictimaiyyətin maarifləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.
Keçidlər