Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan rayonu ərazisində iməcilik aksiyaları davam etdirilir

26 dekabr 2025 | 12:10
Beyləqan Rayon İcra Hakimiyyətinin tapşırıq və göstərişlərinə əsasən Yuxarı Aran qəsəbəsində ümumqəsəbə iməcilik aksiyası keçirilmişdir.
 
İməcilik zamanı qəsəbə ərazisində ətraf mühitin mühafizəsi, sanitariya və ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədilə təmizlik və abadlıq işləri aparılmış, küçə və ictimai sahələr məişət tullantılarından təmizlənmiş, yaşıllıq sahələrinə qulluq göstərilmişdir.
 
Aksiyada aidiyyəti qurumların əməkdaşları və qəsəbə sakinləri fəal iştirak etmiş, ərazinin daha səliqəli və abad görünüş alması üçün birgə səylər göstərilmişdir.
Keçidlər