Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan rayonu ərazisində təmir və təmizlik işləri davam edir.

26 avqust 2025 | 17:58
Beyləqan rayonunda abadlıq və təmizlik işləri mütəmadi olaraq davam etdirilir. Rayonun müxtəlif yaşayış məntəqələrində, küçə və prospektlərində əhalinin rahatlığı və şəhər mühitinin abad saxlanılması məqsədilə tədbirlər planlı şəkildə icra olunur.
 
Bu çərçivədə Beyləqan şəhəri ”Komxoz” adlanan ərazisində və Birinci Şahsevən kəndi şəhid Emin Məmmədovun adını daşıyan küçədə təmir-bərpa və genişmiqyaslı təmizlik işləri həyata keçirilib. Görülən işlər zamanı küçələrdə səliqə-sahman yaradılıb, məişət tullantıları yığışdırılıb, yol kənarlarına və yaşıllıq sahələrinə qulluq edilib. Eyni zamanda, küçə boyu ərazinin estetik görünüşü yaxşılaşdırılıb, sakinlərin rahat hərəkəti üçün şərait təmin olunub.
 
Rayonda aparılan abadlıq və təmizlik tədbirləri bundan sonra da davam etdiriləcək, şəhər və kənd ərazilərində müasir, səliqəli və təmiz mühitin yaradılması istiqamətində işlər sistemli şəkildə həyata keçiriləcəkdir.
Keçidlər