Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan rayonu Qəhrəmanlı qəsəbəsində şəhid Məmmədov Emin Vətən oğlunun mövlud günü qeyd olunub.

15 avqust 2024 | 12:26
15 avqust 2024-cü il tarixdə Vətən müharibəsi şəhidi Məmmədov Emin Vətən oğlunun doğum günü Qəhrəmanlı qəsəbəsində şəhidin məzarı yanında qeyd olunub. Şəhidin mövludu tədbirində Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, aparatın şöbə müdirləri, şəhid ailələri, qazilər və kənd sakinləri iştirak ediblər.
Şəhidin məzarına tər gül dəstələri düzülüb, ruhuna dualar oxunub, keçdiyi şərəfli həyat yolundan bəhs edilib.
Şəhid Emin Məmmədov 1992-ci il avqustun 15-də Beyləqan rayonunun Qəhrəmanlı qəsəbəsində anadan olub. Azərbaycan Ordusunin Xüsusi Təyinatlı Qüvvələrinin giziri olan Emin Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Emin Məmmədov oktyabrın 27-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Beyləqan rayonu Qəhrəmanlı qəsəbəsində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Emin Məmmədov ölümündən sonra "Vətən uğrunda", “Füzulinin azad olunmasına görə", “Qubadlının azad olunmasına görə" medalları, və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.
Allah rəhmət etsin!
Keçidlər