Beyləqan rayonunda “1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə Şəhid ailələri və onların azyaşlı övladları ziyarət edilmişdir.
01 iyun 2024 | 12:10
Beyləqan Rayon İcra Hakimiyyətinin və “YAŞAT” Fondunun birgə təşkilatçılığı ilə rayon ərazisində yaşayan şəhid ailələri və onların azyaşlı övladları “1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə ziyarət edilmiş, qayğıları və problemləri ilə maraqlanılmış, şəhidlərimizin əmanəti-körpə fidanlara bayram hədiyyələri və sovqatları təqdim olunmuşdur. Görüş zamanı bildirilmişdir ki, torpaqlarımızın azadlığı uğrunda canlarından keçən hər bir qəhrəman övladı ölkə rəhbərliyinin daim diqqət mərkəzində olacaq.
Şəhid ailələri də öz növbələrində onlara böyük diqqət və qayğının göstərildiyini qeyd edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildirmişlər.