Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan rayonunda 15 iyun – Milli Qurtuluş Günü qeyd olundu.

15 iyun 2022 | 18:20

Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış, xalqımızın taleyində böyük əhəmiyyəti olan günlərdən biri 15 İyun – Milli Qurtuluş Günüdür. 1993-cü il iyunun 15-də xalqın böyük istəyi sayəsində Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas oldu, inkişafın sarsılmaz təməlləri qoyuldu. Bu, sözün həqiqi mənasında, ölkəmizin taleyində dönüş anı, böyük qurtuluşa doğru atılan mühüm addım oldu. Bu səbəbdən 15 iyun haqlı olaraq tariximizə Milli Qurtuluş Günü kimi daxil olub.
1993-cü ilin 15 iyun tarixi gün, eyni zamanda, Azərbaycanın tənəzzüldən xilas olaraq tərəqqi yoluna çıxması, dünya miqyasında müstəqil siyasət həyata keçirən dövlət kimi tanınması, beynəlxalq aləmdə layiqli yerini tutması ilə səciyyələnir. Ulu Öndərin xalqımız və tariximiz qarşısında ən böyük xidmətləri kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etməsində, ölkəmizi parçalanıb yox olmaq təhlükəsindən qurtarmasında idi. Dövlətimizin qorunub saxlanması isə azadlığımızın, müstəqilliyimizin qorunub saxlanması, qurtuluş deməkdir.
15 iyun- Qurtuluş Günü münasibətilə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon polis şöbəsinin əməkdaşları bu önəmli günün banisi Ulu Öndərin xatirəsinə ucaldılan abidəni ziyarət edib, önünə gül-çiçək dəstələri düzərək dahi rəhbərə öz ehtiramlarını bildiriblər.

Keçidlər