Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan rayonunda 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün Novruz şənliyi təşkil edilib.

21 mart 2024 | 20:02
21 mart 2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin sosial sifarişi əsasında “Sosial İqtisadi və Ekoloji İnkifaş” İctimai Birliyinin təşkilatçılığı, Beyləqan Rayon İcra Hakimiyyəti və Mil-Muğan Regional Mədəniyyət İdarəsinin Beyləqan rayon nümayəndəliyinin dəstəyi ilə “Novruz bayramı” münasibətilə 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün bayram tədbiri təşkil olunub.
 
Bayram şənliyində Rayon İcra Hakimiyyətinin və Sosial Xidmətlər Agentliyinin məsul əməkdaşları, mədəniyyət müəssisələrinin kollektivi və ictimaiyyət nümayəndələri iştirak edib.
 
Rayonda yaşayan bu kateqoriyadan olan şəxslərin-gənclərin cəlb olunduğu bayram tədbirində ilk öncə rəsmilər tədbir iştirakçılarını novruz bayramı münasibəti ilə təbrik edib, ardınca rayon Mədəniyyət Mərkəzinin və Niyazi adına Uşaq Musiqi Məktəbinin kollektivi tərəfindən musiqi, rəqs, əyləncəli proqramlar təqdim olunub, Novruz adət-ənənələri nümayiş etdirilib.
 
Novruzun simvolu sayılan kosa və keçəlin çıxışları bayram şənliyinə əlavə rəng qatıb və iştirakçılar tərəfindən maraqla qarşılanıb.
 
Sonda təşkilatçılar tərəfindən iştirakçılara bayram hədiyyələri verilib.
Keçidlər