Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan rayonunda 20 Yanvar faciəsinin 33-cü il dönümü ilə əlaqədar şəhidlər abidəsi ziyarət olunub.

20 yanvar 2023 | 20:13
20.01.2023-cü il tarixdə 20 Yanvar faciəsinin 33-cü il dönümü ilə əlaqədar Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev və aparatın əməkdaşları, rayonun hüquq -mühafizə orqanlarının rəhbərləri və əməkdaşları, idarə, müəssisə, təşkilatlarının kollektivi və ictimaiyyət nümayəndələri Beyləqan şəhərinin mərkəzində ucaldılan şəhidlər abidəsini ziyarət edərək abidə önünə tər gül dəstələri düzmüş, 20 Yanvar Faciəsi və Azərbaycanın bütövlüyü uğrunda canından keçən bütün şəhidlərə sonsuz ehtiramlarını bildiriblər.
 
20 Yanvar Faciəsi Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub, milli müstəqillik, azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevrilib. Qanlı Yanvar hadisələrindən 33 il keçməsinə baxmayaraq, xalqımız şəhidlərimizin əziz xatirəsinin daim uca tutur və onları həmişə qəlblərində yaşadırlar.
Keçidlər