Beyləqan rayonunda 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
18 yanvar 2025 | 15:47
Rayon İcra Hakimiyyətində keçirilən
anım tədbirində öncə Azərbaycan xalqının ümummilli lideri, Ulu Öndər Heydər Əliyevin və dövlətimizin müstəqilliyi ,suverenliyi uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov giriş nitqi ilə çıxış edərək bildirib ki, 20 Yanvar hadisələri Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi yazılıb. Həmin gün öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini uca tutan Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə yüksəliblər. Qanlı hadisəyə ilk olaraq öz münasibətini bildirən Ulu Öndər bu faciəni törədən şəxsləri kəskin şəkildə tənqid edərək, baş verənləri humanizmə, demokratiyaya zidd hesab etdiyini bəyan etmişdir. 20 Yanvar uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə yenilməz Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyünü bərpa edərək şəhidlərimizin ruhlarını şad etdilər. Vətən müharibəsinin şəhidləri canları və qanları bahasına 20 Yanvar şəhidlərinin başlatdığı azadlıq yolunu əzmlə qət edərək Vətənimizi bütövləşdirdilər.
Digər çıxış edənlər də həmin gecənin tariximizə qəhrəmanlıq səhifəsi kimi yazıldığını və heç vaxt unudulmayacağını bildiriblər. 20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolundan bəhs etmiş, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hücum xarakterli diplomatiyası, dövlət müstəqilliyimizin güclənməsi, ölkəmizin hərtərəfli inkişafını təmin edən siyasəti, regionda və beynəlxalq aləmdə artan nüfuzu, işğal olunmuş torpaqlarımızın azad olunması, xalqımızın qəhrəmanlıq salnaməsini yazan şəhidlərimiz barədə məlumat vermişlər.