Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan rayonunda 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təntənəli tədbir keçirilib.

26 dekabr 2025 | 16:07
Dekabrın 26-da Beyləqan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Kral” Şadlıq Sarayında 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təntənəli tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı cənab Əziz Əzizov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Yeni Azərbaycan Partiyasının Beyləqan rayon təşkilatının rəhbərliyi, şəhid ailələri və qazilər, idarə, müəssisə və təşkilat rəhbərləri və əməkdaşıarı, ziyalılar, rayon ağsaqqalları və ictimaiyyət nümayəndələri olmaqla 500 nəfər qonaq iştirak edib.
 
Giriş nitqi ilə çıxış edən Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün tarixi əhəmiyyətindən bəhs edərək iştirakçıları təbrik edib, Azərbaycanın suverenliyi fonunda 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə üst-üstə düşən Vətən müharibəsində qazanılmış Zəfərin 5-ci ildönümünün milli birlik və dövlətçilik dəyərlərinin təntənəsi olduğunu vurğulayıb. Rayon rəhbəri eyni zamanda Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Beyləqan rayonunda həyata keçirilən sosial-iqtisadi və infrastruktur layihələrinin əhalinin rifahının yüksəldilməsinə xidmət etdiyini qeyd edərək, görülən işlərin bundan sonra davam etdiriləcəyini vurğulayıb.
 
Tədbir çərçivəsində rayonun ictimai-mədəni və sosial-iqtisadi həyatında fəal iştirakına görə bir qrup şəxs və şəhid ailəsi üzvləri, həmçinin “Konstitusiya və Suverenlik İli” çərçivəsində təşkil olunmuş “Zəfərin mübarək!” adlı şeir müsabiqəsinin qalibləri Beyləqan Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif olunub.
 
Rayon Polis şöbəsinin rəisi Ceyhun Qurbanov və rayon Məhkəməsinin sədri Ramiz Nurullayev də çıxış edərək tədbir iştirakçılarını bayram münasibətilə təbrik edib, Prezident cənab İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət, göstərilən diqqət və qayğı nəticəsində ölkəmizin davamlı inkişaf yolunda mühüm nailiyyətlər qazandığını vurğulayıblar.
 
Tədbirin davamında şəhid ailələri, qazilər adından və rayon ictimaiyyəti adından çıxışlar edilərək Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün və Yeni il bayramının cəmiyyətimizdə yaratdığı birlik və həmrəylik mühitini yüksək qiymətləndirilib, bayram münasibətilə təbriklər səsləndiriblər.
 
Bayram tədbiri Mil-Muğan Regional Mədəniyyət İdarəsinin Beyləqan rayon nümayəndəliyinin incəsənət xadimlərinin ifalarından ibarət zəngin bədii proqram ilə davam etdirilib, Yeni ilin personajları – Şaxta Baba və Qarqız səhnəyə çıxaraq şəhid övladlarını təbrik edib və onlar üçün maraqlı şou proqramı təqdim ediblər.
Keçidlər