Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan rayonunda abadlıq işləri davam edir

12 mart 2026 | 16:27
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən genişmiqyaslı infrastruktur layihələri çərçivəsində bölgələrdə kommunal xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər davam etdirilir.
 
Bu tədbirlərin tərkib hissəsi olaraq Beyləqan şəhəri şəhid Nurlan Abdullayevin adını daşıyan küçədə elektrik şəbəkəsinin daha dayanıqlı və təhlükəsiz fəaliyyətini təmin etmək məqsədilə SİB kabelləşdirmə işləri aparılıb.
 
Görülən işlər nəticəsində ərazidə elektrik enerjisinin verilişinin etibarlılığı artırılıb, texniki itkilərin və nasazlıqların başvermə ehtimalı minimuma endirilib, sakinlərin daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunmasına şərait yaradılıb.
 
Hazırda bu istiqamətdə işlər Beyləqan şəhərinin digər hissələrində də davam etdirilir.
Keçidlər