Beyləqan rayonunda abadlıq işləri davam etdirilir.
10 oktyabr 2025 | 09:27
Beyləqan Rayon İcra Hakimiyyətinin təşəbbüsü və müvafiq qurumların birgə fəaliyyəti ilə rayonda həyata keçirilən abadlıq və yaşıllaşdırma tədbirləri çərçivəsində növbəti olaraq Birinci Şahsevən kəndində bir sıra işlər görülüb.
Müvafiq qurumların əməkdaşları tərəfindən kənd ərazisində və yolkənarlarında mövsümi abadlıq işləri aparılıb, yolkənarı ərazidə əkilmiş ağaclara qulluq göstərilib, budama işləri və digər zəruri tədbirlər həyata keçirilib.
Beyləqan rayonunda həyata keçirilən bu cür abadlıq tədbirləri ölkə rəhbərliyinin tapşırıq və tövsiyələrinə uyğun olaraq regionların davamlı inkişafının təmin edilməsi, yaşıllıqların qorunması və əhalinin yaşayış mühitinin yaxşılaşdırılması istiqamətində görülən ardıcıl işlərin bariz nümunəsidir.
Kənd sakinləri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.







