Beyləqan rayonunda abadlıq işləri mütəmadi olaraq davam etdirilir
06 fevral 2026 | 14:09
Beyləqan rayonunda infrastrukturun yaxşılaşdırılması və sakinlər üçün daha səliqəli, rahat yaşayış şəraitinin yaradılması məqsədilə ardıcıl abadlıq tədbirləri davam etdirilir. Bu tədbirlər çərçivəsində Beyləqan şəhərinin əsas küçələrindən biri olan M.Ə.Rəsulzadə küçəsində növbəti işlər görülüb.
Aparılan işlər zamanı küçə boyunca yerləşən yaşayış binalarının fasadları yenidən rənglənib, binalara daha baxımlı və müasir görünüş verilib. Paralel olaraq ətraf ərazilərdə genişmiqyaslı təmizlik işləri aparılıb, məişət tullantıları yığışdırılıb, küçə və səkilərdə səliqə-sahman yaradılıb.
Görülən işlər rayon ərazisində həyata keçirilən planlı abadlıq tədbirlərinin tərkib hissəsidir və bu istiqamətdə işlər mərhələləri şəkildə davam etdirilir.







