Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan rayonunda abadlıq-quruculuq işləri davam etdirilir.

03 may 2025 | 11:07
Beyləqan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon mərkəzində həyata keçirilən abadlıq-quruculuq tədbirləri çərçivəsində infrastrukturun yenilənməsi və müasir tələblərə uyğunlaşdırılması istiqamətində məqsədyönlü işlər davam etdirilməkdədir.
 
Aparılan təmir-bərpa işləri çərçivəsində Heydər Əliyev prospekti, S.İmrəliyev küçəsi, M.Ə.Rəsulzadə küçəsi və digər ərazilər boyunca sıradan çıxmış üzlük daşlarının yenilənməsi təmin edilmiş, müvafiq örtüklərin bərpası həyata keçirilmişdir. Görülən işlər şəhərin ümumi memarlıq görünüşünün daha estetik və funksional formada formalaşdırılmasına yönəlib.
 
Hazırda Beyləqan Rayon İcra Hakimiyyəti tərəfindən görülən abadlıq-quruculuq işləri planlı şəkildə davam etdirilir və əhalinin həyat səviyyəsinin yüksəldilməsi istiqamətində zəruri addımlar atılır.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Keçidlər