Beyləqan rayonunda abadlıq və quruculuq işləri davam etdirilir
26 yanvar 2026 | 19:55
Beyləqan Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayonda tikinti, abadlıq və quruculuq işləri davam etdirilir. Bu çərçivədə Beyləqan Rayon Mədəniyyət Mərkəzinin binasının fasad hissəsində yaranmış çatışmazlıqlar aradan qaldırılmış, cari bərpa işləri çərçivəsində binanın ön və yan hissələri yenidən boyanmışdır.
Bununla yanaşı, binanın ətrafında və bitişik ərazilərdə genişmiqyaslı təmizlik və abadlıq işləri aparılmış, ərazinin ümumi görünüşü yaxşılaşdırılmışdır.







