Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan rayonunda abadlıq və quruculuq işləri sürətlə davam etdirilir

04 dekabr 2025 | 14:29
Ötən günlərdə Beyləqan şəhərinin Sərdar İmrəliyev küçəsində yerləşən 20 Yanvar Abidəsinin qarşısı və ətraf ərazilərdə bərpasına başlanılan yeni səki sakinlərin istifadəsinə verilib.
 
Aparılan yenidənqurma tədbirləri çərçivəsində ətraf ərazilərdə də səliqə-sahman yaradılıb, piyadaların təhlükəsiz və rahat hərəkəti üçün lazımi şərait təmin edilib.
 
Rayonumuzda abadlıq, infrastrukturun yenilənməsi və rayon mühitinin daha komfortlu edilməsi istiqamətində işlər mərhələli şəkildə davam etdirilir. Bu kimi layihələrin icrası Beyləqanın inkişafı və sakinlərin rahatlığının artırılması məqsədi daşıyır.
Keçidlər