Beyləqan rayonunda abadlıq və təmizlik işləri davam etdirilir
21 sentyabr 2026 | 17:57
Beyləqan rayonunda ərazinin abadlaşdırılması, sanitariya-təmizlik vəziyyətinin daha da yaxşılaşdırılması, küçə və prospektlərdə, eləcə də yaşıllıq sahələrində səliqə-sahmanın təmin olunması istiqamətində həyata keçirilən tədbirlər davam etdirilir.
Beyləqan Rayon İcra Hakimiyyətinin tapşırıq və göstərişlərinə uyğun olaraq, Mənzil Kommunal Təsərrüfatı İstehsalatı Birliyinin əməkdaşları tərəfindən rayon ərazisində mütəmadi olaraq təmizlik və abadlıq işləri aparılır. Görülən işlər çərçivəsində küçə və yolların kənarları, səkilər və ümumi istifadədə olan ərazilər təmizlənir, yaşıllıq sahələrinə qulluq göstərilir, ağac və kollarda budama işləri aparılır, ərazilər tullantılardan təmizlənərək ətrafın səliqəli vəziyyətdə saxlanılması təmin edilir.
Rayon ərazisində abadlıq və sanitariya-təmizlik işlərinin mütəmadi şəkildə həyata keçirilməsi, yaşayış məntəqələrinin daha səliqəli və baxımlı vəziyyətə gətirilməsi istiqamətində tədbirlər bundan sonra da davam etdiriləcək.







