Beyləqan rayonunda aparılan abadlıq-quruculuq işləri çərçivəsində yol infrastrukturunun yenilənməsi istiqamətində tədbirlər davam etdirilir.
28 aprel 2026 | 14:11
Bu çərçivədə şəhərin M.Ə.Rəsulzadə küçəsinin 1-ci ara küçəsində asfaltlanma işləri həyata keçirilmiş, əraziyə yeni və keyfiyyətli yol örtüyü çəkilmişdir. Görülən işlər nəticəsində əsasən sakinlərin istifadəsində olan bu küçədə gediş-gəliş daha rahat və təhlükəsiz olmuş, gündəlik məişət şəraitinin yaxşılaşdırılmasına mühüm töhfə verilmişdir.
Qeyd edək ki, rayon ərazisində infrastruktur layihələrinin icrası mərhələli şəkildə davam etdirilir və əhalinin rifahının yüksəldilməsi daim diqqət mərkəzində saxlanılır.
Sakinlər göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirirlər.







