Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan rayonunda asfaltlanma işi davam etdirilir

07 mart 2026 | 10:27
Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən regionların sosial-iqtisadi inkişafına göstərilən diqqət və qayğı nəticəsində respublikanın bütün bölgələrində olduğu kimi, Beyləqan rayonunda da abadlıq və quruculuq işləri ardıcıl şəkildə davam etdirilir.
 
Bu istiqamətdə həyata keçirilən tədbirlər çərçivəsində Beyləqan şəhəri Sərdar İmrəliyev küçəsində yerləşən 5 mərtəbəli yaşayış binalarının ətrafında asfaltlanma işləri aparılıb. Ərazidə mövcud olan köhnə və istifadəyə yararsız asfalt örtüyü yenilənərək yeni asfalt örtüyü ilə əvəz olunub. Beyləqan Rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirilən işlər nəticəsində xüsusilə ictimai iaşə obyektlərinin yerləşdiyi hissədə hərəkət və gediş-gəliş üçün daha rahat şərait yaradılıb.
 
Görülən abadlıq tədbirləri şəhər mühitinin yaxşılaşdırılmasına, sakinlərin və sahibkarların gündəlik fəaliyyətinin rahatlaşdırılmasına xidmət edir. Beyləqan rayonunda abadlıq və quruculuq işlərinin bundan sonra da davam etdirilməsi nəzərdə tutulur.
Keçidlər