Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan rayonunda asfaltlaşma işləri şəhər mərkəzində- şəhid Şamil Həzənzadə adına küçədə də davam etdirilir.

17 mart 2025 | 09:27
Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarına uyğun olaraq Beyləqanda da əsaslı şəkildə bərpa-abadlıq işləri uğurla davam etdirilir.
 
Aparılan quruculuq işləri çərçivəsində növbəti asfaltlanma işləri şəhər mərkəzində- şəhid Şamil Həsənzadə adına küçədə həyata keçirilir.
 
Yeni yolların salınması yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması ilə yanaşı, sakinlərin də rahat gediş-gəlişini təmin edəcək.
 
Şəhər mərkəzi və kənd yollarının təmiri və yenidən qurulması işi mərhələli şəkildə davam etdiriləcək.
 
Görülmüş işlər sakinlər tərəfindən böyük rəğbət və razılıqla qarşılanır. Vətəndaşlar rayonda aparılan abadlıq və quruculuq işlərinə görə ölkə prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildirirlər.
Keçidlər