Beyləqan rayonunda asfaltlaşma işləri sürətlə davam etdirilir.
11 aprel 2025 | 17:55
Rayonda aparılan bərpa-abadlıq işləri çərçivəsində növbəti asfaltlanma işləri şəhər mərkəzində-şəhid Əlizamin Mustafalı adına küçədə yeni asfalt örtüyü salınır. Yolun alt örtüyünün əsaslı təmir işləri aparılmış, kanalizasiya quyuları yolun səviyyəsinə nizamlanmış, bəzi yerlərdə yolun alt qatı əkilmiş, qum-çınqıl materialı verilərək döyülmə, hamarlanma işləri aparılmışdır. Hazırda asfalt örtüyünün vurulması işləri davam etdirilir.
Şəhər mərkəzi və kənd yollarının təmiri və yenidən qurulması işi mərhələli şəkildə davam etdiriləcək.
Yeni yolların salınması yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması ilə yanaşı, sakinlərin də rahat gediş-gəlişini təmin edəcək.
Görülmüş işlər sakinlər tərəfindən böyük rəğbət və razılıqla qarşılanır. Vətəndaşlar rayonda aparılan abadlıq və quruculuq işlərinə görə ölkə prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildirirlər.