Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan rayonunda daha bir mərkəzi yaşayış sahəsində- 20 Yanvar küçəsində yeni yol salınır.

28 mart 2025 | 14:14
Cari ilin əvvəlindən başlayan abadlıq-quruculuq işləri çərçivəsində prospekt və küçələrin yenidən qurulması, yaşıllıqların salınması, yol infrastrukturunun yaxşılaşdırılması işləri uğurla icra olunur.
 
Nəqliyyatın rahat, maneəsiz hərəkətinin tənzimlənməsi, əhalinin gediş-gəlişinin asanlaşdırılması üçün küçə və prospektlərə, eləcə də məhəllədaxili yollara asfalt vurulur.
 
Hazırda şəhərin 20 Yanvar küçəsində yeni asfalt örtüyünün vurulması işləri həyata keçirilir. Təmir-tikinti işləri zamanı küçənin köhnə asfalt örtüyü yenisi ilə əvəzlənir.
 
İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, hazırda şəhərin digər ünvanlarında da abadlıq, quruculuq, yenidənqurma işləri davam etdirilir.
 
Görülən işlər sakinlər tərəfindən razılıqla qarşılanır və bunlara görə Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, Birinci vitse-prezidentimiz hörmətli Mehriban xanım Əliyevaya sonsuz minnətdarlıqlarını ifadə edirlər.
Keçidlər