Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan rayonunda ekoloji mühitin yaxşılaşdırılması məqsədilə təmizlik və abadlıq işləri davam edir.

21 may 2025 | 12:19
“Konstitusiya və Suverenlik İli” münasibətilə Beyləqan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun kənd və qəsəbələrində növbəti iməcilik aksiyaları baş tutub. Aksiyalar çərçivəsində rayonun Mil qəsəbəsi, Bünyadlı və Əmirzeyidli kəndlərində ətraf ərazilər məişət tullantılarından təmizlənib, yolkənarı sahələrdə yabanı otlar biçilib, mövcud ağaclara aqrotexniki qulluq göstərilib.
 
Rayonda abadlıq və yaşıllaşdırma istiqamətində aparılan işlər davamlı xarakter daşıyır və digər yaşayış məntəqələrində də mütəmadi şəkildə icra olunur.
Keçidlər