Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan rayonunda əmək yarmarkası keçirilib.

28 noyabr 2024 | 13:47
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Agentliyi və Beyləqan Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Gənclər Evində əmək yarmarkası keçirilib.
 
Yarmarkada Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Mil-Muğan Regional Məşğulluq filialının Mil-Muğan Regional Məşğulluq filialının müdiri vəzifəsinini müvəqqəti icra edən Ruslan Məmmədli də iştirak etmişdir.
 
Tədbirdə çıxış edən rayon rəhbəri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə vətəndaşların məşğulluğunun təmin olunması məqsədilə dövlət proqramlarının həyata keçirilməsindən danışıb. Belə əmək yarmarkalarının təşkil olunması nəticəsində işsiz və işaxtaranların əmək bazarına çıxışının dəstəklənməsi, onların məşğulluğunun təmin edildiyi vurğulanıb.
 
Həmçinin Dövlət Məşğulluq Agentliyinin fəaliyyət istiqamətləri və layihələri barədə yarmarka iştirakçılarına məlumat verilib.
 
Əmək yarmarkasında 20 müəssisə üzrə 150 vakansiya təqdim olunub. Tədbir iştirakçıları əmək yarmarkasında təklif olunan iş yerləri ilə tanış olublar.
 
Əmək yarmarkasında həmçinin Qarabağ Bölgəsində olan vakansiyalar, "Karyerra Planlaması" xidməti, Peşə hazırlıq kursları barədə məlumat əldə ediblər.
 
Vakansiyalar üzrə müraciət edən işsiz və işaxtaran şəxslərdən CV-lər qəbul edilərək nəzərdən keçirilib. Onların həmin vakansiyalar üzrə məşğulluqlarının təmin edilməsi üçün işlərə başlanılıb.
 
Keçidlər