Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan rayonunda fəaliyyət göstərən pambıq emalı zavodlarının əməkdaşları ilə görüş keçirilmişdir.

14 sentyabr 2023 | 11:45
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev 14 sentyabr 2023-cü il tarixdə rayon ərazisində fəaliyyət göstərən pambıq zavodlarının əməkdaşları ilə görüş keçirmişdir.
Görüş zamanı məlum olmuşdur ki, 2022-ci ildə ümumilikdə 8396,6 ha torpaq sahəsində pambıq bitkisi əkilmiş və 28880,09 ton xam pambıq əldə olunaraq məhsuldarlıq 34,4 sentner olmuşdur.
 
2022-ci təsərrüfat ilində pambığın itkisiz yığılması və daşınmasında səmərəli fəaliyyətinə görə Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən bir neçə zavod əməkdaşına fəxri fərman verilmişdir. Həmçinin tədbir zamanı işçiləri maraqlandıran suallara cavab verilmişdir.
 
Daha sonra Rayon İcra Hakimiyyətinin başçısı cənab Asif Ağayev zavodun balansında olan texnikalara, pambığın saxlanma və emal yerlərinə baxış keçirmiş, 2023-cü təsərrüfat ilində nailiyyətlərinin davam etdirilməsi üçün uğurlar arzulamışdır.
Keçidlər