Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan rayonunda “Heydər Əliyev İli” çərçivəsində “Ulu Öndər Heydər Əliyev irsi milli sərvətimizdir” adlı tədbir baş tutub.

25 may 2023 | 18:52
Beyləqan rayon Gənclər Evində baş tutan tədbirdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev və aparatın nümayəndələri, hüquq-mühafizə orqanlarının rəhbərləri və əməkdaşları, rayonun idarə, müəsssə və təşkilat rəhbərləri və əməkdaşları, qazilər, müharibə veteranları, məktəblilər və ictimaiyyət nümayəndələri iştirak etmişdir.
 
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
 
Tədbiri giriş nitqi ilə açan Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev Ulu Öndərin tarixi xilaskarlıq missiyasından, xalqımız və vətənimiz qarşısındakı misilsiz xidmətlərindən söz açıb. Rayon rəhbəri daha sonra çıxış üçün sözü natiqlərə verib.
 
Rayon İcra Hakimiyyəti başçısının müavini Yeganə Məmmədova çıxış edərək bildirib ki, məhz Ulu Öndər Heydər Əliyev rəhbərliyi dövründə Azərbaycanda bütün sahələrdə inkişafa nail olunmuş, ölkədə ictimai sabitlik bərpa edilmiş, güclü iqtisadi dayaqlar yaratmış, ölkənin hərtətəfli inkişafına nail olmuşdur.
 
1-ci Şahsevən kənd 2 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Rəşidə Allahverdiyeva, 3-cü qrup Vətən müharibəsi qazisi Qiyas Məmmədli, Rayon Mərkəzləşmiş Kitabxana Sisteminin Kitabişləmə və komplektləşdirmə şöbəsinin müdiri Təhminə Əbilova çıxış edərək xalqın xilaskar oğlunun Azərbaycan tarixindəki və beynəlxalq arenadakı rolundan, o cümlədən demokratik, hüquqi dövlət quruculuğunda, ölkəmizin qüdrətlənməsində, inkişafındakı misilsiz əmək sərf etməsindən, xalqın rifahının yüksəldilməsində əvəzsiz xidmətlərindən, dünya siyasətinə və onun siyasi idealogiyasının bu gündə ölkəmizin inkişafına verdiyi töhfələrdən danışıb.
 
Tədbirdə Yuxarı Kəbirli kənd tam orta məktəbinin 10-cu sinif şagirdləri Qasımlı Fidan və Əmrahlı Sənəmə söz verilib. Şagirdlər Ulu Öndər haqqında məqalələrini və ifa etdikləri şeiri tədbir iştirakçılarının diqqətinə çatdırıblar.
Keçidlər