Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan rayonunda ilaxır çərşənbə qeyd olunub.

15 mart 2023 | 12:25
Bolluğun, bərəkətin və xeyirxahlığın təcəssümü olan Novruz ümumxalq bayramı kimi hər il Beyləqan rayonunda müxtəlif el şənlikləri və mərasimlərlə qarşılanır.
 
Torpağın və həyatın oyandığı sonuncu çərşənbəni Beyləqan sakinləri tonqal ətrafında yığışaraq konsert proqramı ilə qeyd ediblər. Tədbirdə rayonun incəsənət ustaları, bədii özfəaliyyət kollektivləri mahnılar və rəqslər ifa edib, Novruz bayramının simvolik obrazları olan Dədə Qorqud, Bahar qızı, Kosa və Keçəl rayon əhalisini bayram münasibəti ilə təbrik ediblər.
Keçidlər