Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan rayonunda "İnsan Hüquqları Aylığı" çərçivəsində tədbir təşkil edilib.

13 iyun 2024 | 19:33
13 iyun 2024-cü il tarixdə Fərman Hacıyev adına şəhər 2 saylı tam orta məktəbdə Beyləqan Rayon İcra Hakimiyyətinin, SHXÇDX-nın Beyləqan rayon şöbəsinin, Beyləqan rayon Polis Şöbəsinin, Mil-Muğan Regional Təhsil İdarəsinin Beyləqan rayon təhsil sektoru və Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin Beyləqan rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə "İnsan Hüquqları Aylığı" çərçivəsində tədbir təşkil edilib.
 
Tədbirdə Beyləqan Rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Quliyev Azər , SHXÇDX Beyləqan şöbəsinin əməkdaşları mayor Qədimov Hikmət, baş leytinant Abbasov Ələkbər, RPŞ əməkdaşı kapitan Behbudov Sakit, Təhsil sektorunun metodisti Yaqubov Anar , Beyləqan rayonu üzrə gənclər və idman sektorunun əməkdaşı Səfərov Elnur iştirak ediblər.
Keçidlər