Beyləqan rayonunda məktəblilər arasında voleybol üzrə rayon birinciliyi keçirilib
17 mart 2025 | 16:07
Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Beyləqan Olimpiya İdman Kompleksində məktəblilər arasında idmanın voleybol növü üzrə rayon birinciliyinin final görüşü keçirilib.
Görüşü izləyənlər arasında Dövlət Gömrük Komitəsinin sədri,gömrük general-leytenantı, Azərbaycan Voleybol Federasiyasının Prezidenti Şahin Bağırov, Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov və Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin rəis vəzifəsini icra edən Elçin Qiyasov da olub.
Tədbirin açılışında öncə Dövlət Himni səslənib və şəhidlərin xatirəsi bir dəqiqəlik sükütla yad edilib.
Görüş başa çatdıqdan sonra nəticə əldə etmiş komandalara diplom, medal, I yerin sahibinə isə kubok təqdim olunub.
Çıxış edənlər bu idman növünün inkişaf etdirilməsi, uşaq və yeniyetmələrin voleybola cəlb olunması istiqamətində müxtəlif tədbirlərin həyata keçirildiyini bildiriblər. Həmçinin Ümummilli Lider Heydər Əliyevin hər zaman idmançılara qayğı göstərdiyi, onun idman siyasətinin bu gün ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi vurğulanıb.