Beyləqan rayonunda növbəti ağacəkmə aksiyası keçirilib
23 aprel 2026 | 10:48
“Şəhərsalma və Memarlıq ili” çərçivəsində Beyləqan rayonunda yaşıllıq sahələrinin genişləndirilməsi və ekoloji mühitin daha da yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir. Bu çərçivədə növbəti ağacəkmə aksiyası Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun Təzəkənd kəndində keçirilən səyyar vətəndaş qəbulundan öncə, kəndin giriş hissəsində həyata keçirilib, bu da tədbirin həm ekoloji, həm də ictimai əhəmiyyətini xüsusi vurğulayır.
Aksiyada Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Dövlət Təhlükəsizliyi Xidmətinin Beyləqan rayon şöbəsinin rəisi Vidadi Qurbanov, aidiyyəti dövlət qurumların nümayəndələri və kənd sakinləri iştirak ediblər.
Aksiya zamanı Təzəkənd kəndinin giriş hissəsi boyunca çoxsaylı ağac tingləri əkilərək ərazidə yeni yaşıllıq zolağı salınıb. Əkilən ağaclara ilkin aqrotexniki qulluq göstərilib, onların qorunması və inkişafı üçün müvafiq tədbirlər görülüb.
Qeyd edək ki, bu kimi aksiyaların davamlı şəkildə həyata keçirilməsi gələcəkdə də davam etdiriləcəkdir.







