Beyləqan rayonunda növbəti dəfə ağacəkmə aksiyası keçirilmişdir.
24 dekabr 2024 | 13:27
“Yaşıl dünya naminə həmrəylik ili” elan edilən 2024-cü il ərzində Beyləqan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon ərazisində mütəmadi olaraq keçirilən ağacəkmə aksiyalarında magistral yolların kənarında,şəhərin müxtəlif ərazilərində, park və istirahət bağlarında, prospekt və küçələrin kənarında minlərlə yeni ağac əkilib.
Dekabrın 24-də keçirilən ağacəkmə aksiyasında Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısının müavinləri və aparatın əməkdaşları, idarə, müəssisə və təşkilat nümayəndələri,şəhid ailə üzvləri,qazilər və rayon ictimaiyyəti iştirak ediblər.
“Görüş” adlanan ərazidən Beyləqan şəhəri istiqamətində iqlim şəraitinə uyğun olaraq seçilmiş ağaclar əkilmiş,onlara aqrotexniki qulluq göstərilməsi, qorunması və suvarılması ilə bağlı vacib təşkilati və texniki tədbirlər görülüb.