Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan rayonunda növbəti qanvermə aksiyası təşkil olunub

20 avqust 2024 | 13:46
Avqustun 20-də Beyləqan Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Qan Bankı tərəfindən rayon Mərkəzi Xəstəxanasında qanvermə aksiyası təşkil olunub.
Aksiyada Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov və aparatın əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri və kollektivi, rayonun idarə, müəssisə və təşkilatlarının əməkdaşları, eləcə də rayon sakinlərinin iştirakı ilə ümumilikdə 300-dən çox şəxs iştirak etdi.
Milli Hematologiya və Transfuziologiya Mərkəzi tərəfindən ezam olunmuş xüsusi tibb briqadasının həkim-hemotoloqları hər bir donordan qan analizi götürərək onların sağlamlığını öncədən müəyyənləşdirib.
Qeyd edək ki, keçirilən qanvermə aksiyası ehtiyat qan bankının zənginləşdirilməsinə dəstək məqsədi daşıyır.
Aksiyada qan verərək həyat qurtaran hər kəsə minnətdarlığımızı bildiririk.
Keçidlər