Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan rayonunda “Şəhidlərimizi anırıq” adlı tədbir keçirilib.

19 sentyabr 2023 | 12:34
Beyləqan Rayon İcra Hakimiyyətinin, Dini Qrumlarla iş üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə baş tutan “Şəhidlərimizi anırıq” adlı tədbirdə şəhid ailələrinin üzvləri ilə görüş keçirilib.
 
Tədbiri giriş nitqi ilə açan Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən Müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Heybət Əliyev Vətən müharibəsində torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanlarımızın xatirəsinin daima qəlblərdə yaşayacağını, gələcək nəsillərin onları daima hörmət və ehtiramla, qürur mənbəyi olaraq yad edəcəklərini bildirib.
 
Mənəvi Dəyərlərin Təbliği Fondunun direktoru Mehman İsmayılov çıxışında qeyd etdi ki, Fondun fəaliyyətinin əsas istiqamətlərindən biri şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıdır. Bu məqsədlə Azərbaycanın hər bir bölgəsində şəhid ailələri ilə görüşlər təşkil edilir. Onların qayğı və problemləri öyrənilir.
 
“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş bütün qəhrəmanların ruhunun şad olduğunu bildirmiş, bu mübarizədə hər bir şəhidin öz rolu və haqqı olduğunu qeyd edib.
 
Şəhid Nəsirov İlyasın həyat yoldaşı Əliyeva Aytəkin və şəhid Əliyev Xəyalın atası Əliyev Saleh tədbirdəki bütün şəhid ailələrinin adından çıxış edərək ölkəmizdə şəhid ailələrinə göstərilən diqqət və qayğıya, hərtərəfli dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirmişdir.
 
Sonda şəhidlərimizin ruhuna ehsan yeməyi verilib.
Keçidlər