Beyləqan rayonunda suvarma arxlarında təmizlik işləri aparılıb
04 iyul 2025 | 17:42
Beyləqan şəhəri A.Əkbərov və A.Cavadov küçələrində uzun müddət istifadəsiz və yararsız vəziyyətdə olan suvarma arxlarında təmizlik işləri həyata keçirilib. Müvafiq tədbirlər çərçivəsində texnika və canlı qüvvənin iştirakı ilə arxların çökək və tullantılarla dolmuş hissələri təmizlənib, suyun maneəsiz axını bərpa olunub.
Təmizlik işlərinin yekununda əhalinin suvarma məqsədilə arxlardan səmərəli istifadəsini təmin etmək məqsədilə əsas kanaldan su verilişi təmin edilib.







