Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan rayonunda təmir və abadlıq işləri davam etdirilir

02 mart 2026 | 20:57
Beyləqan rayonunda əhalinin rahatlığının təmin olunması, şəhər infrastrukturunun yaxşılaşdırılması və ümumi abadlıq səviyyəsinin yüksəldilməsi istiqamətində tədbirlər ardıcıl şəkildə davam etdirilir.
 
Həyata keçirilən işlər çərçivəsində şəhərin mərkəzində yerləşən yaşayış məntəqələrinin ətrafındakı hasarlarda zədələnmiş hissələr bərpa olunmuş, onların möhkəmliyi və estetik görünüşü təmin edilmişdir. Eyni zamanda, səki ətrafında köhnəlmiş sahələr yenilənmiş, yeni bardür daşları quraşdırılmış və ərazidə digər zəruri abadlıq işləri görülmüşdür.
 
Görülən tədbirlər rayonumuzun ümumi simasının daha da yaxşılaşmasına, sakinlərin rahat və təhlükəsiz hərəkətinin təmin olunmasına xidmət edir. Abadlıq və quruculuq işləri planlı şəkildə davam etdiriləcəkdir.
Keçidlər