Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan rayonunda “Xocalı faciəsi”nin 31-ci ildönümü qeyd edilib.

26 fevral 2023 | 09:51
Xocalı Faciəsinin 31-ci il dönümü münasibəti ilə bu gün Rayon İcra Hakimiyyətinin başçısı və aparatın əməkdaşları, hüquq mühafizə orqanlarının rəhbərləri və kollektivi, idarə, müəssisə və təşkilatların nümayəndələri, N saylı hərbi hissənin əsgər və zabitləri, şəhid ailələri, qazilər, veteranlar, ictimaiyyət nümayəndələri Xocalı Soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edərək önünə tər qərənfillər düzüb, faciə qurbanlarının xatirəsi 1 dəqiqəlik sükütla yad edilərək soyqırımı qurbanlarının ruhuna dualar oxunulub.
Ermənistanın Azərbaycana qarşı onilliklər ərzində davam edən təcavüzü zamanı dinc əhaliyə qarşı törədilmiş ən ağır cinayətlərdən və Azərbaycan tarixinin ən faciəli səhifələrindən biri münaqişədən əvvəl 7000-dən çox əhalinin yaşadığı Xocalı şəhərinin sakinlərinin soyqırımına məruz qalması olmuşdur.
Xocalı şəhəri 1991-ci ilin oktyabr ayından etibarən Ermənistan silahlı qüvvələri tərəfindən tamamilə mühasirəyə alındı. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə kütləvi artilleriya zərbələrinin ardınca Ermənistan silahlı qüvvələri, keçmiş SSRİ-nin əksəriyyətini ermənilər təşkil edən 366-cı motoatıcı alayının köməyi ilə Xocalını işğal etdilər.
İşğal nəticəsində, şəhərin 5379 nəfər sakini zorakılıqla qovuldu. 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın və 70 qoca vəhşicəsinə öldürüldü. 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qaldı, 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri aldı. Əsir götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. Ermənistan silahlı qüvvələrinin bu hərəkətləri ailələri parçaladı. 8 ailə tamamilə məhv edildi. 130 uşaq valideynlərdən birini, 25 uşaq isə valideynlərinin hər ikisini itirdi.
Xocalı soyqırımı, dinc əhalinin heç bir fərq qoyulmadan qətlə yetirilməsi Ermənistanın dövlət səviyyəsində uzun illərdən bəri Azərbaycana qarşı həyata keçirdiyi etnik nifrət, irqi ayrı-seçkilik və sistematik zorakılıq siyasətinin tərkib hissəsi idi.
Bu dəhşətli hadisəyə Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ilk dəfə olaraq hüquqi-siyasi qiymət verilib, 1994-cü ildə onun təşəbbüsü ilə Azərbaycan parlamenti 26 fevralı Xocalı soyqırımı günü kimi qəbul edilib.
Xocalı faciəsinin qurbanlarını milli yaddaşımıza həkk edir və onların xatirəsini ehtiramla yad edirik.
Keçidlər