Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ümumrayon iməcliyi keçirilib.

17 avqust 2024 | 13:12
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli Sərəncamına əsasən 2024-cü il “Yaşıl Dünya Naminə Həmrəylik İli” elan olunmuşdur. Sözügedən Sərəncam əsasında təsdiq olunmuş tədbirlər planına uyğun olaraq bütün respublikada olduğu kimi Beyləqan rayonunda da silsilə tədbirlər həyata keçirilir.
 
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun, aparatın əməkdaşlarının, rayonun idarə, müəssisə və təşkilat əməkdaşlarının, inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin iştirakı ilə 17 avqust 2024-cü il tarixdə ümumrayon iməcliyi keçirilmiş, yaşıllıqların çoxaldılması məqsədilə ətraf mühitin qorunması məqsədilə istirahət parkları, prospekt və küçələr alaq otlarından təmizlənmiş, əhalinin sağlamlığının qorunması, sanitar-epidemioloji təhlükəsizliyin təmin olunması məqsədilə bəzi yerlərdə dezinfeksiya və təmizlik işləri aparılmışdır.
 
İl ərzində keçirilən ağacəkmə aksiyaları və iməcliklər ərazidə ekoloji tarazlığın bərpası və ətraf mühitin təhlükəsizliyinin, insanların sağlamlığının təmin edilməsi, rayonun daha da gözəlləşməsi istiqamətində görülən işlərin davamına bir töhfə olmuşdur.Beyləqan rayonunda ərazinin yaşıllaşdırılması, yeni ağacların əkilməsi, yaşıllıqlara qulluq və abadlıqla bağlı iməcliklər davam etdiriləcəkdir.
Keçidlər