Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan rayonunda yerləşən ümumtəhsil müəssisələrində sağlam həyat tərzi barədə informativ maarifləndirici resurslar yaradılıb.

09 iyun 2023 | 17:30

Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2022-ci il tarixli 3378 nömrəli “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın həyata keçirilməsinə dair Sərəncamının 3.3.7.1. bəndinin icrası ilə bağlı rayonun ayrı-ayrı təhsil müəssisələrində və kitabxanalarda sağlam həyat tərzi barədə informativ maarifləndirici resurslar yaradılıb.


İlkin olaraq Beyləqan rayon Birinci Aşıqlı tam orta məktəbin şagirdlərinə “Sağlam gənclik sağlam gələcək deməkdir” mövzusunda müharizə oxunub, şagirdlərə zərərli vərdişlərin insan sağlamlığına mənfi təsiri barədə ətraflı məlumat verilib, gənc nəslə sağlam həyat tərzi sürmək, gələcəyini məhv edən vərdişlərdən uzaq olmağı tövsiyə edilib.


Məktəbin kitabxanasında sağlam həyat tərzi barədə informativ maarifləndirici resurs yaradılıb və şagirdlərin və müəllimlərin istifadəsinə verilib.

Keçidlər