Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan rayonunda yol infrastrukturu yenilənməsi davam etdirilir

20 fevral 2026 | 10:03
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkə üzrə infrastrukturun müasirləşdirilməsi, yol-nəqliyyat sisteminin yaxşılaşdırılması və vətəndaşların rahatlığının təmin olunması istiqamində verdiyi tapşırıqlara uyğun olaraq, Beyləqan rayonunda abadlıq və yenidənqurma işləri ardıcıl şəkildə davam etdirilir.
 
Beyləqan Rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirilən növbəti tədbirlər çərçivəsində əsas avtomobil yolundan Beyləqan şəhər 3 nömrəli tam orta məktəbə aparan hissədə yeni asfalt örtüyü çəkilmişdir. Uzun müddət istismar nəticəsində deformasiyaya uğramış və hərəkət üçün müəyyən çətinliklər yaradan yol sahəsi əsaslı şəkildə bərpa olunaraq müasir standartlara uyğun asfaltlanmışdır.
 
Aparılan işlər nəticəsində həm nəqliyyat vasitələrinin, həm də piyadaların hərəkəti üçün təhlükəsiz və rahat şərait yaradılmış, məktəbə gedib-gələn şagirdlərin və valideynlərin gündəlik istifadə etdiyi yolun keyfiyyəti əhəmiyyətli dərəcədə yaxşılaşdırılmışdır.
 
Rayon ərazisində sosial infrastrukturun gücləndirilməsi, yaşayış məntəqələrində yol şəbəkəsinin mərhələli şəkildə yenilənməsi istiqamətində tədbirlər bundan sonra da davam etdiriləcəkdir.
Keçidlər