Beyləqan rayonunda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər uğurla davam etdirilir.
27 aprel 2026 | 09:32
Belə ki, Beyləqan şəhəri Akif Cavadov küçəsi ərazisində uzun müddət istismar nəticəsində yararsız vəziyyətə düşmüş yol sahəsində əsaslı təmir və asfaltlanma işləri aparılmışdır. Görülən işlər nəticəsində küçənin hərəkət hissəsi tam yenilənmiş, sakinlərin və nəqliyyat vasitələrinin təhlükəsiz və rahat hərəkəti təmin edilmişdir.
Rayonda aparılan abadlıq-quruculuq işləri vətəndaşlar tərəfindən yüksək rəğbətlə qarşılanır. Sakinlər göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirirlər.







