Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan rayonunda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində işlər ardıcıl şəkildə davam etdirilir.

17 iyun 2026 | 18:37
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına dair müəyyən etdiyi strateji xəttə uyğun olaraq, Beyləqan Rayon İcra Hakimiyyəti tərəfindən rayon ərazisində yol və digər infrastruktur layihələri uğurla icra olunur.
 
Həyata keçirilən tədbirlərin davamı olaraq, Beyləqan şəhərinin Habil Hacıyev küçəsində yerləşən növbəti dalanda asfalt örtüyünün yenilənməsi işləri uğurla başa çatdırılmış və yol sakinlərin istifadəsinə verilmişdir. Görülən işlər vətəndaşların rahat gediş-gəlişinin təmin olunmasına, yaşayış mühitinin daha da yaxşılaşdırılmasına xidmət edir.
 
Sakinlər göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə edirlər
Keçidlər