Beyləqan rayonunun Aşıqalılar kəndində səyyar vətəndaş qəbulu keçirilib
15 sentyabr 2026 | 18:00
15 sentyabr 2026-cı il tarixdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Aşıqalılar kəndində səyyar vətəndaş qəbulu keçirib.
Qəbulda Dövlət Təhlükəsizliyi Xidmətinin Beyləqan rayon şöbəsinin rəisi Vidadi Qurbanov, rayon icra hakimiyyəti başçısının müavinləri, şöbə və sektor müdirləri, eləcə də aidiyyəti dövlət qurumlarının nümayəndələri də iştirak ediblər.
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov görüşü giriş nitqi ilə açaraq dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən genişmiqyaslı sosial-iqtisadi islahatlar, regionların, o cümlədən rayon və kəndlərin inkişafı istiqamətində görülən işlər barədə danışıb. Rayon rəhbəri qeyd edib ki, vətəndaşların müraciətlərinin dinlənilməsi, onların problemlərinin yerində öyrənilməsi və həlli istiqamətində tədbirlərin görülməsi qarşıda duran əsas vəzifələrdəndir.
Qəbul zamanı kənd sakinlərinin müraciətləri dinlənilib, onları narahat edən məsələlər ətraflı müzakirə olunub. Sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti qurumların rəhbər və nümayəndələrinə müvafiq tapşırıqlar verilib.
Sakinlər göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.







