Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan rayonunun Birinci Aşıqlı kəndində səyyar qəbul-görüş keçirilib

24 iyun 2025 | 17:59
2025-ci il 24 iyun tarixində Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun Birinci Aşıqlı kəndində növbəti səyyar qəbul-görüşü keçirilib.
 
Görüşdə hüquq-mühafizə orqanlarının rəhbərləri, İcra Hakimiyyəti başçısının müavinləri və şöbə müdirləri, dövlət orqanlarının yerli idarə və xidmət sahələrinin nümayəndələri, eləcə də kənd sakinləri iştirak ediblər.
 
Tədbir iştirakçıları əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
 
Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək ölkə rəhbərliyinin diqqət və qayğısı sayəsində Beyləqan rayonunda aparılan sosial-iqtisadi inkişaf tədbirlərindən, icra olunan infrastruktur layihələrindən və əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində görülən işlərdən bəhs edib. O, səyyar qəbulların əsas məqsədinin vətəndaş müraciətlərinə yerində baxılması və operativ həllinə nail olunması olduğunu vurğulayıb.
 
Daha sonra kənd sakinlərinin müraciət, təklif və şikayətləri dinlənilib. Qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, digər məsələlərin isə araşdırılması və qanunvericiliyə uyğun şəkildə operativ həlli üçün aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
 
Sakinlər onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini bildiriblər.
Keçidlər