Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan rayonunun Birinci Şahsevən kənd şəhidləri İsmayılzadə Vaqif Vüqar oğlu və Məmmədov Emin Fazil oğlunun xatirəsini əbədiləşdirən bulaq kompleksinin açılışı baş tutub.

28 aprel 2022 | 13:21

     Şəhidlərin xatirəsinə həsr olunmuş “Şəhid bulağı” abidə kompleksi hər iki şəhidimizin məzun olduğu məktəbin- Araz qəsəbə  F.Miriyev adına tam orta məktəbin həyətində inşa edilib.
Açılış tədbirində Beyləqan Rayon İcra Hakimiyyəti başçısının müavini Yeganə Məmmədova, aparatın şöbə müdiri Heybət Əliyev, Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısının müavini İbayeva Fəridə Məhəmmədəli qızı, şəhid ailələri üzvləri, şəhidlərin döyüş yoldaşları, “N” saylı hərbi hissənin əsgər və zabitləri, qazilər, Araz qəsəbə tam orta məktəbin müəllim və şagird kollektivi, kənd ağsaqqalları, ictimaiyyət və media nümayəndələri iştirak edib.
Rayon İcra Hakimiyyəti başçısının müavini Yeganə Məmmədova  çıxış edərək Vətənimizin bütövlüyü uğrunda şəhid olan, torpağın, vətənin müstəqilliyini öz canından üstün tutan qəhrəman oğullarımızın hər zaman xalqımızın qəlbində yaşayacaqlarını bildirmiş, ölkə başçısı Prezident İlham Əliyevin göstəriş və sərəncamlarına əsasən Vətən Müharibəsində şəhid olmuş hərbçilərimizin xatirəsinin daim uca tutulduğunu, onların ailə üzvləri dövlətimizin qayğısı ilə əhatə olunduğunu qeyd etmişdir.
Tədbirdə şəhid İsmayılzadə Vaqif Vüqar oğlu və şəhid Məmmədov Emin Fazil oğlunun şərəfli həyat yolundan, onların Vətən Müharibəsində göstərdiyi qəhrəmanlıqlarından söz açılmış və bildirilmişdir ki, onlar son damla qanına qədər vuruşmuş, çoxsaylı döyüşlərdə xüsusi rəşadət göstərmişlər.
Daha sonra “Şəhid bulağı”nın açılışı baş tutmuş və üzərinə gül-çiçək dəstələri düzülmüşdür.
Tədbir məktəblilərin şəhidlərimizin xatirəsinə həsr olunmuş şeir və kompozisiyaları ilə davam edib.

 

 

Keçidlər