Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan rayonunun Dünyamalılar kəndində ilaxır çərşənbə yüksək əhval-ruhiyyə ilə qeyd olunub.

18 mart 2026 | 14:35
17 mart 2026-cı il tarixdə Dünyamalılar kəndində təşkil olunan Novruz şənliyində Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov kənd ictimaiyyəti ilə birlikdə ilaxır çərşənbəni qeyd edib. Dünyamalılar kənd 1 nömrəli tam orta məktəbin qarşısında keçirilən bayram tədbiri milli adət-ənənələrimizin zənginliyini və xalqımızın birlik ruhunu bir daha nümayiş etdirib.
 
Tədbirdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovla birgə, DTX-nın Beyləqan rayon şöbəsinin rəisi Vidadi Qurbanov, RİH başçısının müavinləri, şöbə və sektor müdirləri, aidiyyəti qurumların rəhbərləri və kənd ictimaiyyəti geniş tərkibdə iştirak ediblər.
 
Bayram proqramı çərçivəsində rayon Mədəniyyət Mərkəzinin və Niyazi adına Uşaq Musiqi məktəbinin xanəndələri tərəfindən təqdim olunan rəngarəng musiqi nömrələri, eləcə də milli rəqslər və folklor nümunələri tədbirə xüsusi ab-hava qatıb. Novruz tonqalı ətrafında toplaşan sakinlər əsrlərdən gələn adət-ənənələrimizi yaşadaraq birlik və həmrəylik nümayiş etdiriblər.
 
Səmimi və yüksək əhval-ruhiyyədə keçən tədbir sakinlərdə xoş təəssürat yaradıb və bayram sevinci uzun müddət yadda qalıb.
Keçidlər