Beyləqan rayonunun Kəbirli kəndində Vətən müharibəsi şəhidi Vəlişov Zahir Arif oğlunun atası Vəlişov Arifin vəfatı ilə əlaqədar ailəsi ziyarət olunub.
24 iyul 2026 | 10:37
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, DTX-nın Beyləqan rayon şöbəsinin rəisi Vidadi Qurbanov, SHXÇDX-nin Beyləqan rayon şöbəsinin rəisi Bəxtiyar Hümmətov, eləcə də digər rəsmi şəxslər və ictimaiyyət nümayəndələri şəhid ailəsini ziyarət edərək başsağlığı verib, onların kədərinə şərik olduqlarını bildiriblər.
Ziyarət zamanı Vətən uğrunda canından keçmiş şəhid Vəlişov Zahir Arif oğlunun əziz xatirəsi ehtiramla yad olunub, ailənin göstərdiyi fədakarlığın xalqımız tərəfindən daim yüksək qiymətləndirildiyi vurğulanıb.
Şəhid ailəsinin üzvləri onlara göstərilən diqqət və mənəvi dəstəyə görə minnətdarlıqlarını ifadə edərək, şəhid ailələrinə dövlət səviyyəsində göstərilən qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.







