Beyləqan rayonunun kənd və qəsəbələrində iməcilik aksiyaları keçirilib.
20 may 2025 | 12:08
“Konstitusiya və Suverenlik İli” çərçivəsində Beyləqan Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayon ərazisində genişmiqyaslı abadlıq və yaşıllaşdırma tədbirləri davam etdirilir.
Beyləqan şəhəri ilə yanaşı, Kəbirli, Birinci Şahsevən, İkinci Şahsevən və Dünyamalılar kəndlərini əhatə edən iməcilik aksiyaları zamanı yolkənarı ərazilərdə yabanı otlar təmizlənib, gül kollarına və ağaclara qulluq olunub, ətraf ərazilər məişət tullantılarından təmizlənib.
Təmiz və abad mühitin yaradılması istiqamətində digər kənd və qəsəbələrdə işlər ardıcıl şəkildə davam etdirilir.