Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan rayonunun kənd və qəsəbələrində səyyar tibbi aksiyalar keçirilib

10 iyul 2026 | 08:47
“Beyləqan RMX”sı publik hüquqi şəxsi tərəfindən rayonun kənd və qəsəbələrində əhalinin sağlamlığının qorunması məqsədilə səyyar tibbi aksiyalar keçirilib.
 
İlkin olaraq Beyləqan rayonunun Birinci Şahsevən və Eyvazalılar kəndləri, eləcə də Milabad qəsəbəsində start verilən səyyar tibbi aksiyalar çərçivəsində sakinlər tibb məntəqələrində, yaşlı və hərəkət imkanları məhdud olan şəxslər isə yaşadıqları ünvanlarda ixtisaslı həkimlər tərəfindən müayinə olunub, onların sağlamlıq vəziyyəti qiymətləndirilib, zəruri tibbi müayinələr aparılıb, tibbi məsləhətlər verilib və ehtiyac duyulan tibbi xidmətlər göstərilib.
 
“Beyləqan RMX”sı publik hüquqi şəxsinin rəhbərliyi aksiya keçirilən kənd və qəsəbələrdə sakinlərlə görüşərək onların səhiyyə xidmətlərinin təşkili ilə bağlı müraciət və təkliflərini dinləyib, qaldırılan məsələlərin operativ həlli istiqamətində müvafiq tapşırıqlar verib.
 
Səyyar tibbi aksiyaların mərhələli şəkildə rayonun digər kənd və qəsəbələrində də davam etdirilməsi nəzərdə tutulur.
Keçidlər