Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan rayonunun ziyalılarından, filologiya üzrə fəlsəfə doktoru, publisist-tədqiqatçı Şəfəq Nasirin müəllifi olduğu “Ləklək” və “İdrak işığında” kitablarının, eləcə də “Bürhani-həqiqət” məcmuəsinin təqdimat mərasimi mayın 22-də Qərbi Azərbaycan İcmasında keçirilib.

24 may 2026 | 08:00
Tədbirdə çıxış edən ziyalılar və elm adamları Şəfəq Nasirin yaradıcılığını yüksək qiymətləndirərək onun araşdırmalarında tarixi həqiqətlərin elmi dəqiqliklə təqdim olunduğunu, milli yaddaşın bərpası və təbliği istiqamətində mühüm xidmətlər göstərdiyini vurğulayıblar.
 
Qeyd edək ki, Beyləqanlı ziyalı Şəfəq Nasir uzun illərdir Qərbi Azərbaycan həqiqətlərinin, milli-mənəvi yaddaşımızın və Azərbaycan ədəbi-mədəni irsinin araşdırılması istiqamətində mühüm elmi-publisistik fəaliyyət göstərir. Onun müəllifi olduğu və təqdimatı keçirilən nəşrlər tarixi yaddaşımızın qorunması, milli kimliyimizin yaşadılması və gələcək nəsillərə çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.
 
Beyləqan rayon ictimaiyyəti adından Şəfəq Nasirə gələcək elmi və yaradıcılıq fəaliyyətində uğurlar arzulayırıq.
Keçidlər