Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan RİH başçısı Birinci Qarabağ müharibəsi qazisinin vəfatı ilə əlaqədar ailəsini ziyarət edib.

07 aprel 2026 | 14:37
Bu yaxınlarda Beyləqan rayonu Yuxarı Aran qəsəbəsi sakinləri-Birinci Qarabağ müharibəsi qazisi Məmmədov Ayət və onun həyat yoldaşı bədbəxt hadisə nəticəsində vəfat etmişdir.
 
Onların vəfatı ilə əlaqədar təşkil olunan mərasimdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov, DTX-nın rayon şöbəsinin rəisi Vidadi Qurbanov, SHXÇDX-nin rayon şöbəsinin rəisi Bəxtiyar Hümbətov və aidiyyət şəxslər iştirak ediblər.
 
Beyləqan RİH başçısı Əziz Əzizov Məmmədovlar ailəsinə başsağlığı verərək, onlara səbir diləyib, Birinci Qarabağ müharibəsi qazisi Məmmədov Ayətin keçdiyi şərəfli həyat yolunun hər zaman ehtiramla yad olunacağını bildirib.
 
Mərhumların ailə üzvləri göstərilən diqqət və ehtirama görə minnətdarlıqlarını ifadə ediblər.
Keçidlər